Ağstafa şəhərində baş verən silahlı insidentlə bağlı rəsmi nəlumat verilib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 27-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisindən şəhər sakini Rauf Niyazov bud nahiyəsindən qırma yarası ilə xəstəxanaya gətirilib.
Ağstafa RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmyerlisi Tural Qurbanov saxlanılıb, onun yaşadığı evin zirzəmisinə baxış zamanı “İJ-12” markalı tüfəng aşkar edilərək götürülüb.
Ağstafa RPŞ tərəfindən araşdırma aparılır.