Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağcabədi rayon sakini Vahid Əhmədovun üzərindən 2 bükümdə ümumi çəkisi 6.207 qram heroin aşkar edilərək götürülüb.
Aparılan araşdırmalarla V.Əhmədovun yaşadığı ünvana baxış keçirilən zaman oradan 225 qram heroin aşkar edilib.
Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi digər əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Elşən Əhmədov saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Onun üzərindən 0.600 qram heroin, yaşadığı evə baxış keçirilən zaman 5.059 qram heroin aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.