Abşeronda bıçaqlanma: xəstəxanada öldü
09 aprel 2019 12:21 (UTC +04:00)

Abşeronda bıçaqlanma: xəstəxanada öldü

Abşeronda bıçaqlanma hadisəsi baş verib.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a verilən xəbərə görə, aprelin 7-də saat 21 radələrində Xırdalan şəhəri ərazisindən Cəbrayıl rayon sakini T.Quliyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.
 
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
 
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş R.Rzayev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Bıçaqlanan şəxs xəstəxanada ölüb.
 
Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü (sağlamlığa ağır zərər vurma, ölümlə nəticələn) maddəsi ilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 525

Oxşar yazılar