<b><span style="color:red;">"Sovetski"də yanğın </b> - Səbəb məlum oldu
27 iyun 2016 14:35 (UTC +04:00)

"Sovetski"də yanğın - Səbəb məlum oldu

0

Bakıda “Sovetski” adlanan ərazidə yanğın baş verib.

Lent.az-ın trend-ə istinadən məlumatına görə, 60 kv.m-lik sahədə, təkər sexində qeydə alınan yanğın ərazidəki köhnə taxtalara və təkərlərə od düşməsi səbəbindən baş verib.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, hadisə Balababa Məcidov küçəsi ilə Nərimanov Nərimanov prospektinin kəsişməsində, "Əfsanə" kafesi ilə üzbəüz, sökülmüş evin ərazisində baş verib.

Yanğının söndürülməsinə Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 briqadası cəlb edilib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadaları da göndərilib.

Yanğının ərazidəki köhnə taxtalara və təkərlərə od düşməsi səbəbindən baş verdiyi ehtimal edilir. Yanğının “Mersedes” markalı avtomobilin və ikimərtəbəli yaşayış binasının bir hissəsinə keçdiyi bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar