<b>"Kubinkalı Bibi" şikayətçidir</b> -<span style="color:red;"> FOTO
02 mart 2019 10:44 (UTC +04:00)

"Kubinkalı Bibi" şikayətçidir - FOTO

Narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda təqsirləndirilən "bibi" ləqəbli  Sənubər Lütfəliyeva barəsində hökmdən apellyasiya şikayəti verib. 
 
Lent.az-ın məlumatına görə, 60 yaşlı qadın narkotacir şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Onun şikayəti araşdırlması üçün hakim Qədim Babayevin icraatına verilib. Məhkəmənin ilkin baxış iclası martın 7-ə təyin edilib. 
 
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin yaydığı xəbərə əsasən, daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində paytaxt sakini əvvəllər məhkum olunmuş İmran İsgəndərov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman iki büküm heroin və psixotrop maddə olan “midraks-tropikamin” aşkar olunaraq götürülüb. Saxlanılan şəxs heroini Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan “bibi” ləqəbli şəxsdən aldığını bildirib.
 
Əməliyyat tədbirlərinin davamı olaraq polis əməkdaşları tərəfindən İ.İsgəndərova narkotik vasitələri satmaqda şübhəli bilinən Nəsimi rayon sakini S.Lütfəliyeva da saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 14,275 qram olan 43 büküm heroin aşkar edilərək götürülüb. S.Lütfəliyeva ifadəsində bir müddətdir ki, narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
 
Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə  60 yaşlı S.Lütfəliyeva 6 il müddətinə azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 601
avatar

Səlcuq Elçin

Oxşar yazılar