Azərbaycanlı qanuni oğru kriminal aləmdə “Hacı Beylaqanski” kimi tanınan Hacıbaba Talıbxanlı barəsində həbs qətimkan tədbiri seçilib.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Moskva şəhər Xoroşevski Məhkəməsi tərəfindən Hacı Beylaqanski barəsində 29 günlük həbs qətimkan tədbiri seçildi.
Hacı Beylaqanski məhkəmədə hakimin heç bir sualına cavab verməyib.
Azərbaycanlı qanuni oğruya Rusiya Cinayət Məcəlləsinin 105 ( adam öldürmə), 105.2 (iki və daha çox insan öldürmək) maddələri ittiham verilib.
Qeyd edək ki, “Hacı Beylaqanski” 1982-ci il martın 29-da Beyləqan rayonunda anadan olub. 2000-ci illərin əvvəllərində Moskvaya gedib və ilk cinayətini də Rusiya paytaxtında törədib. Elə Moskvada Rövşən Lənkəranskiylə tanış olub. Rövşən Moskvanı tərk edib Birləşmiş Ərəb Əmirliklərinə köçəndən sonra o da bu ölkəyə gedib. Bir müddət Dubayda yaşayıb. 2012-ci il dekabrın 10-da Dubayda qanuni oğru adını alıb və bundan sonra “Hacı Beyləqanski” kimi tanınıb.