Bakıda avtomobilin vurub öldürdüyü piyadanın şəxsiyyəti müəyyənləşdirilib. APA-nın xəbərinə görə, ölən piyada Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim-travmatoloqu, 1938-ci il təvəllüdlü İsmayılov Nadir İsmayıl oğludur. Hadisə paytaxtın Yasamal rayonu ərazisində, N.Nərimanov küçəsində baş verib.
*****21.06
Bakıda avtomobil piyadanı vurub öldürüb. APA-nın xəbərinə görə, yol-nəqliyyat hadisəsi paytaxtın Yasamal rayonunda qeydə alınıb. N.Nərimanov küçəsi ilə hərəkətdə olan “Niva” markalı avtomobil yol keçən piyadanı vurub. Şəxsiyyəti məlum olmayan piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Polis faktı araşdırır.