<b>“Ceyrançöl” sərhəd zastvasında 9 ədəd aviabomba tapıldı</b>
09 iyul 2018 17:48 (UTC +04:00)

“Ceyrançöl” sərhəd zastvasında 9 ədəd aviabomba tapıldı

Bu gün  Dövlət Sərhəd Xidmətindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə Ağstafa rayonu, "Ceyrançöl" sərhəd zastavasının xidməti ərazisində 9 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Agentlikdən Lent.az-a verilən məlumata görə,  xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin "Ceyrançöl" sərhəd zastavasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin "Ceyrançöl" sərhəd zastavasının əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 9 ədəd aviabomba (FAB-50) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aviabombaların tapıldığı yerin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Qeyd edək ki, Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 09 iyul 2018-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Astara, Abşeron, Beyləqan, Bərdə, Füzuli, Tərtər, Tovuz,  Qazax, Qaradağ, Naftalan, Goranboy, Göygöl, Yevlax, Xızı, Şəmkir, İsmayıllı, Lənkəran rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 19 ev və həyətyanı sahəyə, 16 əkin sahəsinə, 1 fərdi yaşayış evinin qarşısına, 1 ferma ərazisinə, 14 otlaq sahəsinə, meşə massivinə, su kanalına, çay sahilinə, Ağstafa su anbarının ətrafına, kənd qəbirstanlığının yaxınlığına, məişət tullantıları ərazisinə, yol kənarına, dəmiryolu xəttinin yaxınlığına, elektrik deposuna, RPŞ-nin inzibati ərazisinə, hərbi hissənin yaxınlığına, Avtovağzal ərazisinə, Yuxarı Qarabağ kanalına, "ADY Container" MMC-nin inzibati ərazisinə, Qarqar çayına, Araz su nasosu stansiyasının yaxınlığına, beton zavod və bazar ərazisinə baxış keçirilib.  3 568 ədəd partlamamış hərbi sursat, 1 ədəd piyada əleyhinə mina, 4 ədəd tank əleyhinə mina və 73 kq partlayıcı maddə (ammonit № 6 JV-200) aşkar olunaraq zərərsizləşdirilib, 103 285 kv.m ərazi yoxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 305
avatar

Səlcuq Elçin

Oxşar yazılar