[b]“Azər-Ross”un rəhbərinin qətlində təqsirləndirilənlər azadlığa buraxılıb[/b]
30 avqust 2016 11:45 (UTC +04:00)

[b]“Azər-Ross”un rəhbərinin qətlində təqsirləndirilənlər azadlığa buraxılıb[/b]

Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməkdə və adam öldürməyə cəhddə təqsirləndirilən Şamil Şamilovla qardaşı Sahil Şamilovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 

APA-nın məlumatına görə, məhkəmə onların barələrində olan hökmü dəyişib. Hər iki qardaşın ittiham olunduğu Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddələri Cinayət Məcəlləsinin 307.1-ci (cinayət barədə xəbər verməmə) və 307.3-cü (xüsusilə ağır cinayəti gizlətmə) maddələrinə tövsif edilib. Onların indiyə kimi çəkdikləri cəza həmin maddələrin nəzərdə tutduğu cəza ilə uyğun gəldiyindən hər iki şəxs məhkəmə zalından azadlığa buraxılıb.

 

Qeyd edək ki, 2013-cü il iyulun 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Azər-Ross” MTK-nın rəhbəri Əflatun Piriyevi qətlə yetirməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmə hökmünə əsasən, Hümbət Məmmədov və Vüsal Qurbanov ömürlük, Tofiq Bəkirov 14 il, Fərman Hacıyev 14 il 6 ay, Sahil və Şamil Şamilov qardaşları hər biri isə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki, 2011-ci il iyulunda paytaxtın Nərimanov rayonu Teymur Əliyev küçəsində yerləşən “Azər-Ross” mənzil-tikinti kooperativində qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılmış atəşlə qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov ağır yaralanıb. Aparılan əməliyyat araşdırmaları ilə məlum olub ki, Əflatun Piriyevin kooperativdə olan payını ələ keçirmək üçün onu öldürmək qərarına gələn həmtəsisçilərdən biri Hümbət Məmmədov bu məqsədlə Rusiya vətəndaşı Tofiq Bəkirovu Bakıya dəvət edib. Onlar görüşüb, qətlin ilkin olaraq 36 000 ABŞ dolları müqabilində həyata keçirilməsinə razılaşıblar. Öz növbəsində, Tofiq Bəkirov sifarişin yerinə yetirilməsini həmyerlisi Fərman Hacıyevə tapşırıb, sonuncu isə cinayətin icrasına tanışları Sahil və Şamil Şamilov qardaşlarını cəlb edib. Adları çəkilənlər qətlin planını hazırlayaraq Əflatun Piriyevin hərəkət marşrutunu izləyib, ofisini və yaşadığı ünvanı nəzarətdə saxlayıb, iyulun 11-də isə aldatma yolu ilə iş otağına daxil olub onu öldürüb, Əmiraslan Əhmədovu ağır yaralayıb hadisə yerindən qaçıblar. Fərman Hacıyev və Sahil Şamilov Gürcüstanda yaxalanıb. Digər üç nəfər, o cümlədən Hümbət Məmmədov, Tofiq Bəkirov və Şamil Şamilov Bakı şəhərində tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 260

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15