Quba rayonunda intihar hadisəsi baş verib. Lent.az xəbər verir ki, Qəçrəş istirahət zonasındakı "Bakı" kafesində ofisiant işləyən 1997-ci il təvəllüdlü Xanmədov Kamal Bəxtiyar oğlu qəsəbədəki "Dostluq" kafesində özünü asaraq intihar edib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.