"Avropa" otelində qətl törətməkdə təqsirləndirilənlərin işi Ali Məhkəmədə
12 aprel 2016 12:54 (UTC +04:00)

"Avropa" otelində qətl törətməkdə təqsirləndirilənlərin işi Ali Məhkəmədə

 

Bu gün Apellyasiya Məhkəməsində "Avropa" hotelində qətl törədən Sənan Quliyev və Mövlud Səfərov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilməyib.

Lent.az-ın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilməli olan prosesin təxirə salınmasının səbəbi müdafiə tərəfinin ilkin baxış iclasında Ali Məhkəməyə kassasiya şikayəti verməsi olub. Ona görə də məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə düşüb.

 

Qeyd edək ki, keçən il aprel ayının 21-də "Avropa" hotelinin nəzdində yerləşən idman zalında "Zaminbank"ın Nəsimi filialının müdiri Azər Məmmədova ürək nahiyəsindən və hotelin idman zalının qarışıq döyüş növləri üzrə məşqçisi Ruslan Əfəndiyevə isə döş qəfəsinin ön səthinin sol tərəfindən bıçaqla xəsarət yetirilib. A.Məmmədov hadisə yerində ölüb, R.Əfəndiyev isə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən Sənan Quliyev və onun dostu Mövlud Səfərov tutulub.

 

Sənan Quliyev və Mövlüd Səfərovun hər birini Cinayət Məcəlləsinin 8 maddəsi ilə cinayət işi başlanıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Quliyev ömürlük, M.Səfərov isə 20 il müddətinə azadlıqdan məhrum edilib.

 

Hökmlə razılaşmayan müdafiə tərəfi şikayət verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 250
avatar

Səlcuq Elçin

Oxşar yazılar