Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun Qol.Az saytına müsahibəsi
-“Qarabağ”ın bu mövsüm çıxışını necə qiymətləndirirsiniz?
- Məncə, komandamız normal çıxış etdi. Düzdür, birinci dövrənin ortalarında biraz problemlər odu. Ancaq ilk dövrənin son oyunlarında, əsasəndə yanvardan sonra daha yaxşı nəticələr göstərdik. Mövsüm ərzində cəmi beş dəfə məğlub olmuşuq. “Qarabağ” ən az uduzan komandadır. Əlimizdə olan futbolçulardan maksimum yararlandıq. Demək olar stabil oyun nümayiş etdirdik.
- Mövsüm ərzində verdiyiniz tapşırıqları daha çox yerinə yetirən, razı qaldığınız futbolçular hansılardır?
- Rəşad Sadıqov, Admir Teli, Ansi Aqolli, Maksim Medvedyev, Vüqar Nadiqov, Riçard Almeyda yaxşı oyun göstərdi. Qara Qarayev də bəzi oyunlarda səhvlərə yol versə də, pis təsir bağışlamadı. Oyun sayına baxdıqda da bu futbolçulardan razı qalmaq olar.
- Bəs, ümidləri doğrultmayan futbolçular hansılar oldu?
- Doğrultmayan deməzdim, daha çox Əfran İsmayılov Rauf Əliyev və Vaqif Cavadov gözlənilən kimi çıxış etmədi. Bu futbolçulardan daha çox şeylər gözləyirdim və tələb edirdim. Amma istədiyim performansı göstərə bilmədilər.
- Komandadan gedəcək futbolçular müəyyənləşib?
- Bir neçə futbolçunun komandadan gedəcəyi məlumdur. Yaxın günlərdə bəzi gedəcək futbolçuların da adına aydınlıq gələcək.
- Vaqif Cavadovun müqaviləsi nə vaxt bitəcək?
- Vaqifin “Qarabağ”la bir illik müqaviləsi qalır.
- “Qarabağ”dan bir neçə futbolçu gedibvə qeyd etdiyiniz kimi bəziləri də gedəcək. Onların yerini doldurmaq çətin olmayacaq?
- Ola bilər ki, hardasa çətinlik olsun. Çünki düşündüyümüz futbolçuları komandaya dəvət etməyə bilərik. Həmçinin ola bilər k, gedən futbolçuların yerinə uyğun futbolçunu bir aydan sonra taparıq. Ancaq yenə də komandadan gedən futbolçuların başqa klublarda oynaması daha məqsədəuyğundur.
- Yeni transferlər üçün fəaliyyətə başlamısınız?
- Axtarışlar gedir. Yaxşı futbolçu tapmaq elə də asan deyil. Müqaviləsi qutaran futbolçunu tapmaq daha çətindir. Demək olar ki, hər gün bu işlə məşğul oluruq və namizədlərimiz var. Nə dərəcədə alınacaq, bunu dəqiq deyə bilmərəm.
- Namizədlər əsasən legionerlərdir?
- Bəli. Demək olar ki, yerli futbolçularla çox az maraqlanırıq.
- Yəqin ki, əsas hücum xəttini gücləndirməyi düşünürsünüz?
- Belə demək olar. Daha çox diqqətimizi hücumçulara yönəltmişik.
- Avroliqada “Qarabağ”da nə gözləmək olar?
- Əlbəttə ki, bu gün Avroliqada uğurlu nəticə qazanmaq istəyirik. Komandamızda oyunçu problemi olub və hazırda da var. Daima komandanı tam heyət şəklində qurmaq istəyirik. Amma bir və ya bir neçə futbolçu çatışmazlığı olur. Buna baxmayaraq Avroliqaya ciddi hazırlaşacağıq. Hətta istədiyim transferləri edə bilməsək belə, özümüzü toplamalıyıq. Vaxtımız azdır. İyulun 4-də ilk oyunumuz olacaq. Ən azından əvvvəlki illərdə Avropa təcrübəsi görmüş oyunçularım var. Ən yaxşısını etməyə çalışacağıq.
- Rəşad Sadıqovun zədəsi nə yerdədir?
- Hazırda o, Türkiyənin İstanbul şəhərinə müalicə olunur. Həkimlərin dediyinə görə, ciddi problem yoxdur. Yəqin ki, 4-5 gündən sonra geri dönəcək.
- Sizin müqaviləniz “Qarabağ”la nə vaxt bitir?
- “Qarabağ”la hələlik bir illik müqaviləm var.
"Avrokuboklara az qalıb, oyunçu axtarırıq" - MÜSAHİBƏ
585