Ağdamda qonşu Ağcabədi rayonunun Hindarx kənd sakini narkotik vasitə ilə yaxalanıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları daxil olan əməliyyat məlumatının dəqiqləşdirilməsi zamanı Babayev Emil Əlyəddin oğlunun üzərindən ümumi çəkisi 1,2 qram heroin aşkarlayıblar. E. Babayevin narkotik vasitəni haradan, necə əldə etməsi və hansı məqsədlərlə öz üzərində daşıması araşdırılır.
Ağdam Rayon Polis Şöbəsinin müstəntiqi Abbas Mustafayevin sözlərinə görə, E. Babayev əvvəllər də eyni əmələ görə - narkotik vasitələrin qanunsuz dövriyyəsi və saxlanması ilə məşğul olduğu üçün cinayət məsuliyyətinə cəlb edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət işi açılıb.