Bakının Babək prospektində saat 23.30 radələrində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, Hüseynov Elçin Adil oğlunun idarə etdiyi, “Bakı taksi” MMC-yə məxsus 90 AT 458 dövlət nömrə nişanlı “London taksisi” yol kənarındakı maneəyə çırpılıb. Buna səbəb avtomobilin təkərinin partlamasından sonra sürücünün idarəetməni itirməsi olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.