Həyat yoldaşını öldürən danışdı
22 oktyabr 2013 23:15 (UTC +04:00)

 Həyat yoldaşını öldürən danışdı

Bakıda məcburi köçkün həyat yoldaşını qətlə yetirib.

 

Binəqədi Rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə, hadisə Novxanı qəsəbəsindəki "Şəfəq" pansionatında qeydə alınıb. Şuşa şəhərindən olan məcburi köçkün, 1977-ci il təvəllüdlü Nəsib Qurban oğlu Hüseynov həyat yoldaşı, 1986-cı il təvəllüdlü Aygünü bıçaqlayaraq qətlə yetirib.  Təqsirləndirilən şəxsin dediyinə görə, həyat yoldaşı onu qısqanırmış. Gecə evə gələn Nəsib evə catan kimi həyat yoldaşı onunla mübahisə etməyə başlayıb.

 

İstintaq hesab edir ki, təqsirləndirilən şəxsin verdiyi ifadə həqiqətdən çox    özünümüdafiə xarekterlidir. Hadisənin əsl səbəbi aparılan araşdırmaların sonunda bəlli olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1620
avatar

Oxşar yazılar