Mayın 4-də Eldar İmanovun “Qonşuluqda qısqanclıq” bir pərdəli pyesi əsasında çəkilmiş “Zəng” kinokomediyasının Beynəlxalq Ticarət Mərkəzində təqdimat mərasimi olacaq. Lent.az-ın məlumatına görə, “Nano Group Prodaction”da istehsal olunan filmin quruluşçu rejissoru Səmimi Fərhaddır.
Əməkdar artist Kəmalə Müzəffər, Telli Hüseynova, Eldar İmanov, Natiq Fərzəliyev və başqaları iştirak etdikləri film yalan və böhtan xarakterli bir telefon zəngi nəticəsində üç qonşu ailə arasında düşən qeyri-adi qısqanclıq, ana dilimizin qorunmasından bəhs edir.
Təqdimata bütün jurnalistlər dəvətlidir.