Ukraynada azərbaycanlı iş adamlarına məxsus restoran yanıb. Lent.az-ın futbolpress.az-a istinadən məlumatına görə, Kiyevdə noyabrın 5-də "Xəzər Lənkəran" restoranı yanaraq yararsız vəziyyətə düşüb. Yanğında ölən və yaralanan olmayıb.
Faktla bağlı araşdırma aparılır. Yanğının nə səbəbdən baş verməsi araşdırılır.