“VAZ” və “Mercedes”toqquşdu, xəsarət alan var
05 may 2017 01:49 (UTC +04:00)

“VAZ” və “Mercedes”toqquşdu, xəsarət alan var

0

Göygöldə sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb. “VAZ” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü 1982-ci il təvəllüdlü Quliyev Amil Bəndər oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar