“VAZ 2107” daha bir can aldı
25 aprel 2013 16:37 (UTC +04:00)

“VAZ 2107” daha bir can aldı

Bu gün Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, Masallı-Lənkəran yolunda “VAZ 2107” markalı avtomobil 65-70 yaşlı kişini vurub. Piyada hadisə yerindəcə keçinib.

 

Masallı rayon Polis Şöbəsindən Lent.az-a bildirilib ki, Masallı-Boradigah-Lənkəran yolunda Ərkivan kənd sakini 1985-ci il təvəllüdlü Mikayılov İlkin Əlyar oğlu idarə etdiyi “VAZ 2107” ilə piyadanı vurub. Nəticədə piyada 1948-ci il təvəllüdlü Əşrəfov Səlim Abı oğlu xəstəxanaya aparılarkən ölüb.

 

Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1339
avatar

Nizam Rza

Oxşar yazılar