Sabirabad rayonunda silahlı insident baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 3-də Sabirabad rayonunun Qasımbəyli kənd sakinləri Şirməmməd Əsədov və Şöhrət Babayev qırma yaraları ilə xəstəxanaya gətirilib. Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən aparılmış araşdırma nəticəsində onların “Sarı Su” adlanan gölün Qasımbəyli kəndində yerləşən hissəsində həmkəndliləri Həmid Adışovla birgə ov edərkən qayıqdan düşən zaman sonuncunun tüfənglə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət almaları müəyyən edilib.
Polis əməkdaşları tərəfindən H.Adışovdan müvafiq sənədləri olmayan “İJ-58” markalı tüfəng götürülüb.