Bakının mərkəzində qətl törədən şəxsin kimliyi bilindi - YENİLƏNİB
07 yanvar 2015 19:07 (UTC +04:00)

Bakının mərkəzində qətl törədən şəxsin kimliyi bilindi - YENİLƏNİB

Ötən gün Bakıda qətl törədən şəxs saxlanılıb.

 

Səbail Rayon  Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində ötən gün "Sahil bağı"nda 1989-cu il təvəllüdlü Həsən Namiq oğlu Həsənovu qətlə yetirən və 1993-cü il təvəllüdlü Məmmədzadə Orxan Təbriz oğluna bıçaqla xəsarət yetirən Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elçin Elman oğlu Çobanov tutulub.

 

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, hadisə ötən gün saat 20 radələrində qeydə alınıb. N. Həsənov və tanışı O. Məmmədzadə bir nəfər tərəfindən bıçaqlanıb.

 

*****

 

17:57

 

Dünən “Sahil” bağında törədilmiş dəhşətli qətl hadisəsi ilə əlaqədar iki nəfər saxlanılıb. APA TV-nin məlumatına görə, şübhəli şəxslər Səbail rayonu, 39-cu polis bölməsində dindirilirlər. İzahatları alındıqdan sonra onların prokurorluğa göndəriləcəyi bildirilir. Rayon prokurorluğu istintaq sirri olduğundan bu şəxslərin adlarını açıqlamır. 


Qeyd edək ki, dekabrın 6-da saat 18:47 radələrində 1989-cu il təvəllüdlü, Nərimanov rayon sakini Həsənov Həsən Namiq oğlu və onun dostu, 1993-cü il təvəllüdlü Məmmədzadə Orxan Təbriz oğlu “Sahil” bağında bıçaqlanıblar. Həsən Həsənov hadisə yerindəcə keçinib, Orxan Məmmədzadə isə xəstəxanaya yerləşdirilib. Hadisənin dəqiq səbəbi məlum deyil. Şahidlər mərhum Həsən Həsənovun gəzdirdiyi itin yoldan keçən qızlara hürdüyünü, kənarda dayanmış 26-27 yaşlı oğlanın isə söhbətə müdaxilə etdiyini bildirir. Naməlum şəxs mübahisə zəminində bıçaq çıxararaq, Həsən Həsənova 1, Orxan Məmmədzadəyə isə 2 zərbə endirib. Həsən Həsənov ürəyindən xəsarət aldığından hadisə yerində ölüb. Qətli törədən şəxs hadisə yerindən qaçıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 126

Oxşar yazılar