“Qəbələ” Avropa Liqasında
07 may 2014 19:15 (UTC +04:00)

“Qəbələ” Avropa Liqasında

“Qəbələ” tarixində ilk dəfə avrokuboklarda iştirak hüququ qazanıb. Apasport.az saytının məlumatına görə, 9 yaşlı əyalət klubu Topaz Premyer Liqasının XXXIV turundan sonra Avropa Liqasına vəsiqəni təmin edib.


 

“Bakı” üzərində qələbədən (3:1) sonra Yuri Syominin yetirmələri ən azı 4-cü yeri tutacağını rəsmiləşdiriblər. Buna komandanın 5-ci yerdə qərarlaşan paytaxt təmsilçisi ilə xal fərqinin 6-ya çatdırması səbəb olub. Son 2 turda “Bakı” “Qəbələ”yə çatsa belə şəxsi oyunların nəticəsinə görə əyalət klubu ən pis halda 4-cü yeri tutacaq.

 

İlk “dördlükdə” yer almaq isə “Qəbələ”nin 9 illik tarixində ən yaxşı nəticəsidir. İndiyədək 5-ci pillədən yuxarı qalxa bilməyən “qırmızı-qaralar” artıq rekordunu rəsmiləşdirib və bürünc uğrunda “Neftçi” ilə mübarizə aparacaq.

 

“Gümüş”ə isə yalnız nəzəri şansları qalan “Qəbələ” Azərbaycan kubokunun finalında “ağ-qaralar”la qarşılaşacağından, 4-cü pillə ilə də Avropa Liqasına vəsiqə qazanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 729
avatar

Oxşar yazılar