“QAZel” “VAZ-2107” ilə toqquşdu, yaralı var
21 avqust 2015 22:24 (UTC +04:00)

“QAZel” “VAZ-2107” ilə toqquşdu, yaralı var

0

Gədəbəydə bir nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə bu gün axşam saatlarında rayonun Qaramuradlı kəndi yaxınlığında qeydə alınıb. Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü İdris İsmayılovun idarə etdiyi “QAZel” markalı avtomobillə Gədəbəy rayon sakini, 1993-cü il təvəllüdlü Vüsal Musayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində “QAZel”in sürücüsü İ. İsmayılov ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 348

Oxşar yazılar