“Qarant Sığorta”nın işçisini öldürən gəncin məhkəməsi başladı
19 dekabr 2014 12:22 (UTC +04:00)

“Qarant Sığorta”nın işçisini öldürən gəncin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Tərlan Tahirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı yanvarın 9-na təyin olunub.

 


Qeyd edək ki, Natəvan Əliyeva “Qarant Sığorta”-nın əməkdaşıdır. 2014-cü il iyulun 11-də Bakıxanov küçəsi, 50 ünvanında yaşayan 31 yaşlı Natəvan Əliyevanın evində qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Dərhal hadisə yerinə gələn Nəsimi rayon Polis İdarəsi və prokurorluq orqanlarının əməkdaşları istintaq əməliyyat tədbirlərinə başlayıb.


Hadisə yerinə baxış zamanı qətlin tamah məqsədilə törədilməsi müəyyən olunub. Peşəkarlıqla həyata keçirilmiş istintaq əməliyyat tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Quba rayonunda anadan olmuş 26 yaşlı Tərlan Tahirov saxlanılıb. Tərlan Tahirov əməlini etiraf edərək qətli tamah məqsədilə törətdiyini bildirib.


Məlum olub ki, Tərlan Tahirov təxminən 1 il əvvəl Natəvan Əliyevanın evində mətbəx mebeli quraşdırıb. Tərlan Tahirov qadının külli miqdarda pulu olacağını ehtimal edərək ünvanı yadda saxlayıb və hədə-qorxu ilə pul almaq qərarına gəlib.
İyulun 11-də axşam saat 19 radələrində özü ilə bıçaq da götürən Tərlan Tahirov Natəvan Əliyevanın evinə gəlib. O, mebelin yarımçıq qalmış hissəsinin ölçüsünü götürmək adı ilə evə daxil olub. Tərlan Tahirov əvvəlcə ev sahibəsindən ölçü üçün qələm və kağız istəyib. Qadın otağa keçdikdə isə onun arxası ilə gəlib və bıçaqla qorxudaraq pul, qızıl tələb edib.


Bu zaman Natəvan Əliyeva qışqırmağa başlayıb. Tərlan Tahirov ona əvvəlcə sinəsindən 1 bıçaq zərbəsi endirib. Sonra yerə yıxılan qadına bədəninin müxtəlif nahiyələrindən bir neçə zərbə vurub. Ev sahibəsinin öldüyünü görən Tərlan Tahirov mənzildə axtarış aparıb. O, Natəvan Əliyevaya məxsus qızıl-zinət əşyalarını talayaraq hadisə yerindən qaçıb. Bıçağı isə özü ilə götürərək metronun “Həzi Aslanov” stansiyası yaxınlığında zibil qutusuna atıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 215

Oxşar yazılar

Güləşçilərimiz Xorvatiyada daha 2 medal qazandı

Güləşçilərimiz Xorvatiyada daha 2 medal qazandı

9 fevral 2025 , 01:53
Bakıda AĞIR QƏZA

Bakıda AĞIR QƏZA

9 fevral 2025 , 00:56
Lənkəranda toydan çıxan müəllimi maşın vurdu

Lənkəranda toydan çıxan müəllimi maşın vurdu

9 fevral 2025 , 00:37
Bakıda zəncirvari qəza-YENİLƏNİB

Bakıda zəncirvari qəza-YENİLƏNİB

8 fevral 2025 , 21:43
Sumqayıtda ana və övladı  dərmandan zəhərləndi

Sumqayıtda ana və övladı dərmandan zəhərləndi

8 fevral 2025 , 20:13
Bakıda maşın kişini vurub öldürdü

Bakıda maşın kişini vurub öldürdü

8 fevral 2025 , 19:21
Hacıqabulda zəlzələ oldu

Hacıqabulda zəlzələ oldu

8 fevral 2025 , 19:17
Goranboyda yük maşını çaya aşdı, sürücü öldü

Goranboyda yük maşını çaya aşdı, sürücü öldü

8 fevral 2025 , 18:07