“Qalatasaray” Droqbaya əvəz tapdı
Türkiyənin “Qalatasaray” klubu İngiltərənin “Çelsi” komandasının futbolçusu Samüel Eto Onu heyətinə cəlb etmək üçün fəaliyyətə başlayıb. Lent.az-ın “Hurriyet” qəzetinə istinadən məlumatına görə, kamerunlu hücumçu mövsümün sonunda ayrılacaq Didye Droqbanı əvəzləməlidir.
Droqba “Cim-Bom”la müqaviləsini daha 2 il uzatmaq istəsə də, rəhbərlik ona 1 illik anlaşma təklif edib. Əvəzində təcrübəli forvard övladlarının təhsilini davam etdirmələri üçün ingilisdilli ölkədə yaşamaq istədiyini bildirib. O, İngiltərə və ya ABŞ klublarında oynamağa üstünlük verəcəyini söyləyib.
Bundan sonra “Qalatasaray” rəhbərliyi Eto Onu hədəfə alıb. 33 yaşlı hücumçunun “Çelsi” ilə hazırkı anlaşması mayın sonunda başa çatacaq. Bu səbəbdən, kamerunlu qolçu “sarı-qırmızılar”a havayı başa gələ bilər. Futbolçunun özünə isə ildə 5 milyon avro təklif ediləcək.