“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” TRT efirində
13 sentyabr 2013 16:48 (UTC +04:00)

“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” TRT efirində

Bakının azad edilməsinin 95-ci ildönümü TRT-yə daxil olan kanallarda hazırlanan proqram və xəbərlərlə ekranlara gələcək. Lent.az-ın məlumatına görə, TRT-nin Bakı təmsilçiliyi Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində misilsiz xidmətlər göstərmiş, rus və erməni işğalına qarşı azadlıq mübarizəsində fəal şəkildə iştirak etmiş qəhrəman Osmanlı sərkərdəsi Nuru Paşa rəhbərliyi ilə Bakını bolşevik və erməni-daşnak zülmündən xilas edən Qafqaz İslam Ordusuna həsr etdiyi “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” adlı iki sənədli film hazırlayıb. Filmlərdən birində 1918-ci ildə Bakını azad etmək üçün gələn türk əsgərlərinin nəvələrinin öz babaları haqqında söylədikləri yer alır.

 

Filmlər Türkiyə səfirliyi, Yunis Əmrə Mədəniyyət Mərkəzi və Azərbaycan Diplomatik Akademiyası tərəfindən təşkil olunacaq konfransdan sonra sentyabrın 20-də saat 10.30- da KİV-lərə və bəzi universitetlərin tələbələrinə təqdim olunacaq. 

 

Sənədli filmlərdən biri bazar günü - sentyabrın 15-də Bakı vaxtı ilə saat 16:30-da “TRT Avaz” və “TRT Haber” kanalında, digəri isə sentyabrın 17-də Bakı vaxtı ilə saat 12.45-də “Qafqazlardan Əsən Yellər” proqramında yayımlanacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 356
avatar

Oxşar yazılar