Biznesmenin 14 yaşlı oğlunun öldürdüyü qadınla bağlı <span style="color:red;">MARAQLI FAKTLAR
05 may 2017 17:54 (UTC +04:00)

Biznesmenin 14 yaşlı oğlunun öldürdüyü qadınla bağlı MARAQLI FAKTLAR

0

 

2 gün əvvəl Bakının Sabunçu rayonu ərazisində yetkinlik yaşına çatmamış Ağəli Fərəclinin idarə etdiyi "Porsche Cayenne Magnum" markalı, 99 BS 999 dövlət qeydiyyat nişanlı avtomobillə vurub öldürdüyü qadının meyiti ailəsinə verilib. Lent.az xəbər verir ki, Gürcüstan vətəndaşı, 1992-ci il təvəllüdlü Məmmədova Xəyalə Ənvər qızının nəşi bu gün günorta saatlarında ailəsinə verilib.

 

X.Məmmədovanın ailəsindən bildirilib ki, hadisəni törətmiş yeniyetmənin biznesmen atası Füzuli Fərəcov onlara xeyli köməklik edib və meyitin götürülüb yola salınması ilə bağlı bütün xərcləri, eləcə də dəfn mərasimi ilə bağlı müəyyən məsələlərin həllini üzərinə götürüb.

 

O da məlum olub ki, X.Məmmədova iki körpə qızı ilə Bakının müxtəlif yerlərində kirayə yaşayıb. Təxminən 6 ay əvvəl isə o, uşaqları ilə birgə Zığda kirayə ev tutaraq ora köçüb. Mayın 6-da X.Məmmədovanın 25 yaşı tamam olacaqmış.

 

*****

 

14:43

 

Bakının Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsindən Qara Qarayev prospektinə doğru hərəkətdə olarkən “Porsche” markalı 99 BS 999 dövlət qeydiyyat nişanlı avtomobilin gənc qadını vurub öldürməsi hadisəsi cəmiyyətdə geniş müzakirə olunur. Bir çox insanlar hadisəni törədən 15 yaşlı Ağəli Fərəclinin cinayət məsuliyyətinə cəlb edilib-edilməyəcəyini öyrənmək istəyir. Lent.az-ın əldə etdiyi məlumata görə, faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə iş başlanılıb.

 

Məlum olub ki, qəzanın baş verdiyi yerdə kamera yoxdur. Həmin vaxt qəzanı törədən "Porsche" yolun aşağı və yuxarı hissəsindəki kameralara düşüb və bu məlumatlar əsasında müəyyənləşdirilib. O da məlum olub ki, hadisəni törədən şəxsin 15 yaşı bir müddət əvvəl tamam olub və cinayət məsuliyyətinə cəlb edilməsi üçün lazım olan 16 yaşı tamam olmayıb. Bu səbəbdən o, saxlandıqdan və ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

 

Faktla bağlı avto-texniki ekspertizalar təyin edilib. Ekspertizanın rəyi təxminən 10 gün müddətində məlum olacaq.

 

Qəzanı törədən Ağəli Fərəclinin hansı formada məsuliyyətə cəlb ediləcəyinə gəlincə, yol-hərəkət qaydaları üzrə ekspert olan tanınmış hüquqşünas Ərşad Hüseynov bildirib ki, həmin sürücü qanunla tərbiyə müəssisəsinə göndərilməlidir: “Bu halda həm avtomobil sahibinin, həm də onu idarə edən şəxsin cinayət məsuliyyəti istisna olunur. Amma bizim qanunvericilik həmin uşağın qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsini nəzərdə tutur. Bu mümkündür. Amma açığı, mən bilmirəm ki, bizdə belə müəssisə var, ya yox? Varsa, kağızdadır, ya realdır? Maşını ona verənin təqsiri, özü də qəsdi, yəni avtomobili bilərəkdən verdiyi sübut edilsə, İnzibati Xətalar Məcəlləsinin 335-ci maddəsinə görə, 180 manat cəriməsi var. Amma həmin adam bu əmələ görə mülki məsuliyyətdən (zərərin əvəzini və kompensasiya ödəmək) qaça bilməyəcək”.

 

Qeyd edək ki, avtomobillə 24 yaşlı Xəyalə Məmmədovanı vurub öldürən Ağəli Fərəcli tanınmış biznesmen Füzuli Fərəcovun oğludur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar