Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Nida” vətəndaş hərəkatının üzvlərinin barəsində başlanmış cinayət işi ilə bağlı məhkəməyə hazırlıq iclası keçirilib. Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda vəkillər hakimə şahid ifadələri, təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qəti-imkan tədbirinin dəyişdirilməsi və s ilə bağlı vəsatət veriblər. Vəsatətlərin verilməsindən sonra hakim heyəti fasilə götürüb.
Fasilədən sonra prosesin təxirə salındığı və hazırlıq iclasının vaxtının noyabrın 14-ü saat 15:30-a salındığı bildirilib.