Beyləqanda ağır yol nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə noyabrın 15-də Beyləqan rayonunun Mil qəsəbəsində baş verib. Qəsəbə sakini Zəfər Əbdülrəhmanlı idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan “Muravey” markalı motosikleti yolun kənarında olan traktor qoşqusuna vurub və o, hadisə yerindəcə keçinib.
Faktla bağlı Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.