Qadınların fərdi yarışında birinci yerin sahibi Anna İvanova olub. İkinci və üçüncü yerlərdə müvafiq olaraq Anastasiya Mixina və Natalya Molodsova qərarlaşıblar.
Komandaların yarışında birinci yeri “TT Fayt” komandası, ikinci yeri Dövlət Təhlükəsizliyi Xidmətinin “Qartal” komandası, üçüncü yeri “Tağım 4” komandası tutub.
Qalib komandalar və fərdi iştirakçılar sentyabrda keçiriləcək Super Finala vəsiqə qazanıblar.
Qaliblərə diplom və pul mükafatları təqdim olunub.
Qeyd edək ki, bu gün Bakıda, Fövqəladə Hallar Nazirliyinin (FHN) Təlim-Tədris Mərkəzində FHN, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinin (MOK) və “Gilan Holding”in təşkilati dəstəyi ilə ikinci dəfə maneəli ekstremal “Mübarizlər” yarışına start verilib.
Yarışda iştirak üçün 680 nəfər qeydiyyatdan keçib.
“Mübarizlər” layihəsi ekstrim sevərlərə fəal istirahətin tam yeni formatını - çətin keçilən ərazidə maneəli qaçış təklif edir.
Ötən ilin yarışmasından fərqli olaraq, bu mövsümdə “Mübarizlər” hər iki formatda iştirak edənlər üçün pul mükafatı müəyyənləşdirib.
Ümumi mükafat fondu 15 000 AZN təşkil edir.
Layihənin məlumat dəstəyi APA-ya məxsusdur