“Yuventus”a son dəqiqədə penalti qolu ilə məğlub olan “Milan”ın məğlubiyyəti həzm etməsi asan olmayıb. Apasport.az saytının məlumatına görə, qarşılaşmaya əlvə olunmuş 2-ci dəqiqədə azlıqda qalan, 7-ci dəqiqədə isə mübahisəli penalti ilə qol buraxan “rassionerilər” intiqamlarını soyunub-geyinmə otağından çıxıblar.
Belə ki, hakimin final fitindən sonra olduqca əsəbi və aqressiv şəkildə paltardəyişmə otağına yollanan futbolçular divarları təpikləyiblər. Xüsusilə, Donnarrumanın çox əsəbil olduğu müşahidə olunub. O, tuneldə və otaqdan bir neçə əşyaya zərər verib və aksesuarları sındırıb.
Qeyd edək ki, iki komanda arasındakı görüş “Yuventus”un 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.