“Mazda” və “Toyota” yandı
28 yanvar 2013 10:26 (UTC +04:00)

“Mazda” və “Toyota” yandı

Yanvarın 28-nə keçən gecə Şəmkir rayonunun Kür qəsəbəsində avtomobil yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verilən məlumata görə, qəsəbədə vətəndaşa məxsus “Mazda” markalı minik avtomobilinin salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Gecə saatlarında Neftçala şəhərində də avtomobil yanıb. Rayon sakininə məxsus “Toyota” markalı minik avtomobilinin yanar hissələri tamamilə yanaraq istifadəyə yararsız vəziyyətə düşüb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

 

# 807
avatar

Oxşar yazılar