Türkiyə və Azərbaycanın birgə layihəsi olan “Mahmud və Məryəm” nümayiş olunacaq.
“Qafqazinfo”nun məlumatına görə, xalq yazıçısı Elçinin “Mahmud və Məryəm” romanı əsasında çəkilmiş “Mahmud və Məryəm” filmi sentyabrın 27-dən etibarən "Nizami" kino mərkəzində göstəriləcək.
Baş rollarını Aras Bulut İynemli və Eva Dedovanın paylaşdığı filmin rejissoru Mehmet Ada Öztekindir. Film iki gəncin sevgisindən bəhs edir.