“Hyundai” kanala düşdü: <span style="color:red;">sürücü...
16 oktyabr 2019 13:19 (UTC +04:00)

“Hyundai” kanala düşdü: sürücü...

 
 
Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Xaçmaz rayon sakini, 1975-ci il təvəllüdlü Əsgərov Mais Məmmədəli oğlunun idarə etdiyi 90 UB 112 dövlət nömrə nişanlı “Hyundai” markalı nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarındakı su kanalına düşüb. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan M.Əsgərov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı araşdırmalar aparılır.
# 374
avatar

Oxşar yazılar