“Evlənəcəyi” qızı evə aparıb, zorladı
09 yanvar 2013 17:06 (UTC +04:00)

“Evlənəcəyi” qızı evə aparıb, zorladı

Gəncə şəhərində gənc qız tanışı tərəfindən zorlanıb. Gəncə şəhər Kəpəz rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, 22 yaşlı qız M.T polisə müraciət edib. O, bildirib ki, bir müddət əvvəl H. E. ilə tanış olub. Gənc qızla oğlan arasında isti münasibətlər olub və H.E. qızla evlənəcəyini deyib, ona vədlər verib.

 

Yanvarın 6-da isə H.E. M.T-nı Gəncə şəhəri, H.Zərdabi küçəsindəki mənzilə aparıb. Burada kimsənin olmamasından istifadə edən oğlan M.T-nı zorlayıb. M.T sevgilisinin ona verdiyi vədlərdən imtina etməsini öyrənincə polisə üz tutub.

 

Hazırda fakt üzrə müvafiq ekspertizalar təyin edilib. Araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8341

Oxşar yazılar