“Dağlıq zonalarda yeni yaşayış massivləri salınsın” - TƏKLİF
12 noyabr 2013 14:38 (UTC +04:00)

“Dağlıq zonalarda yeni yaşayış massivləri salınsın” - TƏKLİF

Parlamentin hüquq komitəsinin sədri Əli Hüseynli Azərbaycanın dağlıq bölgələrində yeni yaşayış məskənlərinin salınması barədə təklif irəli sürüb.

Lent. az-ın məlumatına görə, bu barədə o, Milli Məclisin bugünkü iclasındakı çıxışında danışıb.

Deputatın fikrincə, işğal faktına görə Dağlıq Qarabağdan köçmüş əhalinin bir çox hissəsi vaxtı ilə yurdlarında öyrəşdikləri ərazidə yaşama vərdişini unudurlar, buna görə də dövlət bu məsələyə diqqət ayırmalı və bu vərdişi qaytarmalıdır.

Ə. Hüseynlinin sözlərinə görə, hökumət gələcəkdə büdcə vəsaitlərindən ölkənin digər dağlıq ərazilərində yeni yaşayış məskənlərinin salınmasına maliyyə ayırmalıdır: “Dağlıq Qarabağa qayıtmaq Azərbaycanın qəti məqsədidir. Ona görə də insanlarımız bu mühitdə yaşamaq vərdişlərini itirməmlidirlər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1227
avatar

Anar Gəraylı

Oxşar yazılar