“BMW” ilə toqquşan “Mercedes” yandı
20 avqust 2015 01:24 (UTC +04:00)

“BMW” ilə toqquşan “Mercedes” yandı

Avqustun 19-u axşam saatlarında Xaçmaz-Quba yolunda yol qəzası baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın 7-ci km-də qeydə alınıb. 10 XR 161 dövlət nömrə nişanlı “BMW” markalı avtomaşınla 40 BL 662 dövlət nömrə nişanlı “Mercedes” toqquşub. Qəzadan sonra “Mercedes” markalı avtomobildə yanğın baş verib. Hadisə yerinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

 

Qəza nəticəsində xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 189
avatar

Oxşar yazılar