“Binə”də aksiya: saxlanılanlar və xəsarət alanlar var - YENİLƏNİB
19 yanvar 2013 12:40 (UTC +04:00)

“Binə”də aksiya: saxlanılanlar və xəsarət alanlar var - YENİLƏNİB

Binə Ticarət Mərkəzində ticarət məşğul olan sahibkarların keçirdiyi etiraz aksiyası polis tərəfindən dağıdılıb.

 

 

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, polis aksiya iştirakçılarını dağıtmaq üçün rezin dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə edib.

 

Aksiya iştirakçıları arasında saxlanılanlar və xəsarət alanlar var. Polis əməkdaşları arasında da xəsarət alanların olduğu bildirilir.

 

Hazırda Bakı-Salyan şosesinin nəqliyyatın hərəkəti tam bərpa olunub.

 

 

 

*****

11.52

Bu dəqiqələrdə Binə Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarların etiraz aksiyası davam edir. Lent.az-ın məlumatına görə, sahibkarlar hər bir mağazaya kassa-aparatlarının qoyulmasından sonra da ticarət mərkəzi rəhbərliyinin aylıq kirayə haqqını azaltmamasına etiraz edirlər. Aksiyada iştirak edən sahibkarlar, satıcılar və onların yaxınları Şıxov-Lökbatan yolunu (Salyan şosesi) bağlayıb.

 

Ticarət mərkəzində fəaliyyət göstərən sahibkar Etibar İsayev Lent.az-a bildirib ki, hazırda rəhbərliklə sahibkarlar arasında danışıqlar aparılır, yol isə hələ də bağlıdır: “Bazarda narazılıq çoxdan var. Səbəb isə kassa-aparatlarının qoyulmasından sonra da kirayə haqqının azaldılmamasıdır. Əvvəllər topdan satışa görə vergini ticarət mərkəzinin rəhbərliyi özü ödəyirdi. İndi isə Kəbirə xanım çalışır ki, mağazalara-anbarlara kassa aparatları qoydursun, bütün yükü sahibkarların boynuna yıxsın, amma əvvəlki haqqı da bizdən alsın. Biz də bununla razılaşa bilmərik”.

 

Sahibkar Lent.az-a bildirib ki, hazırda yolda, Lökbatan dairəsi adlanan əraziyə  toplaşıb: “Burda ancaq Binə bazarında işləyənlərdi. Sədərəkdə işləyənlər qoşulmayıb. Həm də, danışıqlar davam etdirilir. Amma düşünmürəm ki, bu danışıqlar bir nəticə versin. Yol bağlıdır və tezliklə açmaq fikrimiz yoxdur”.

 

Bu arada məlum olib ki, polis aksiya iştirakçılarına dağılmaq barədə xəbərdarlıq edib. Lakin aksiyaçılar xəbərdarlığa qulaq asmayaraq polis əməkdaşlarına daş və müxtəlif əşyalar atmağa başlayıblar. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

 

Aksiya iştirakçıları arasında saxlanılanların olduğu bildirilir.

 

 

*****

11.38

APA-nın hadisə yerində olan əməkdaşı isə bildirib ki, Binə Ticarət Mərkəzinə gedən magistral yolun Şıx qəsəbəsi ərazisindən keçən hissəsi polis qüvvələri tərəfindən nəzarətə götürülüb. Avtomobillərin ticarət mərkəzi istiqamətinə hərəkəti məhdudlaşdırılıb. Polis əməkdaşları bildiriblər ki, bu addım təhlükəsizlik məqsədi daşıyır. 

 

Hazırda aksiya iştirakçıları Bakının mərkəzinə doğru yürüş etməyə cəhd göstərirlər. 

 

Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova da hadisə yerinə gəlib. O, aksiya keçirənlərlə danışıqlar aparılır.

 

*****

11.24

Binə Ticarət Mərkəzində ticarətlə məşğul olan sahibkarlar aksiya keçirirlər.

 

 Sahibkarlardan biri APA-ya bildirib ki, bu gün mağazaları açmayıblar. Onlar ticarət mərkəzinin rəhbərliyi tərəfindən əlavə ödənişlərin tətbiqinə etiraz olaraq bu addımı atıblar.

 

Video "Yeni Müsavat"ındır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9530
avatar

Nizam Rza

Oxşar yazılar

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü,  yaralılar var

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü, yaralılar var

15 dekabr 2024 , 22:03
Siyəzəndə FACİƏ:  İki oğulu itirən ailənin qızı boğulub öldü

Siyəzəndə FACİƏ: İki oğulu itirən ailənin qızı boğulub öldü

15 dekabr 2024 , 21:55
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28