“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 955 prefiksli zəng mərkəzinin fəaliyyətində fasilə yaranacaq. “Azərsu”dan Lent.az-a verilən xəbərə görə, rabitə şəbəkəsi sistemlərində aparılan profilaktik tədbirlərlə əlaqədar bu gün saat 22.00-dan etibarən 2 saat müddətində zəng mərkəzi işləməyəcək.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.