Abşeron rayonu, Ceyranbatan qəsəbəsində “Azərenerji” ASC-yə məxsus ümumi sahəsi 40 kv.m olan tikilinin içərisində yerləşən transformatorun sarğıları, yağı və çıxış kabelləri 4 p.m yanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, tikili və digər transformatorlar yanğından mühafizə olunub.
Yanğın saat 12:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.