“Azərbaycan investisiya yatıran ölkəyə çevrilib”
02 sentyabr 2013 11:46 (UTC +04:00)

“Azərbaycan investisiya yatıran ölkəyə çevrilib”

Azərbaycanda inkişaf dayanmayıb, proses bu gün də davam edir”


 

 “Bu 20 il ərzində Azərbaycan başqa dövlətlərə investisiya yatıran ölkəyə çevrilib”. APA-nın məlumatına görə, Prezident Administrasiyası rəhbərinin müavini, PA xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu fikirləri Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi “Dəyişən dünyada Cənubi Qafqaz” forumunda çıxışı zamanı deyib.

 

Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında danışan Novruz Məmmədov bildirib ki, mövcud olduğu iki il ərzində AXC böyük uğurlara imza atıb və Şərqdə ilk demokratik respublika olub. O Azərbaycanda multikulturalizmin tarixinin qədim olduğunu bildirib: “XXI əsrin əvvəlləri mürəkkəb şəraitlə xarakterizə olunurdu. Azərbaycan rəhbərliyi müstəqillik əldə olunduqdan sonra keçən bu illər ərzində bu cür mürəkkəb geostrateji şərtlər daxilində təhlükəsizliyi təmin etmək və inkişafa nail olmaq üçün addımlar atdı. Düşünürəm ki, ölkə buna uğurla nail oldu. Bu illər ərzində ölkə mədəniyyət sahəsində uğurlara nail olub, idman sahəsində böyük qələbələr əldə edib, Azərbaycan kütləvi informasiya vasitələri inkişaf edir, bu isə öz növbəsində plüralizmin inkişafına təsir göstərir. Azərbaycanda 2800-dən artıq QHT fəaliyyət göstərir, parlamentdə 7 müxalifət partiyası təmsil olunur. Bu 20 il ərzində Azərbaycan başqa dövlətlərə investisiya yatıran ölkəyə çevrilib. Ölkədə yoxsulluğun səviyyəsi azalıb. Və bu inkişaf dayanmayıb, bu gün də davam edir”.

 

Novruz Məmmədovun sözlərinə görə, Azərbaycan xarici siyasətinin əsas prinsipi qonşularla qarşılıqlı maraqlar əsasında sıx əməkdaşlıqdır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 331
avatar

Oxşar yazılar