“Ay qız hara getdin ?”- MARAQLI İNSANLAR
29 iyul 2013 15:29 (UTC +04:00)

“Ay qız hara getdin ?”- MARAQLI İNSANLAR

Metrostansiyanın girəcəyində hər gün eyni daşın üstündə oturub pal-paltar satan bu qarı çoxdandı marağımı çəkirdi. Böyür-başından keçən cavan xanımları ərklə öz yanına çağırırdı: “Ay qız, gəl, burdan özünə bir şey al!” Ona məhəl qoymayıb gedənlərin arxasınca da deyinirdi: “Ay qız, hara getdin? Gəl gör, nənə sənə nələr verəcək!”

Beləcə kənardan ona xeyli tamaşa elədim. Qarı nənə nə qədər optimist olsa da səbirsizlik göstərir, bacardıqca gəlib-keçənlərə nəsə sırımaq istəyirdi. Özü də satdığı mallar alt geyimləri idi. Yaxınlaşıb bir şey almaq bəhanəsi ilə onun həyatından nələrisə öyrənmək istədim. Söhbət əsnasında bildim ki, nənənin qulağı ağır eşidir, bir şey soruşmaq üçün gərək ucadan deyəsən. Ləhcəsindən hiss elədim ki, nənə şəhər adamı deyil, ona görə birinci hansı eldən olduğunu soruşmaqla söhbətə başladım.

- Nənə, əslin hardandı, bura hardan gəlmisən?

- Zəngilanlıyam, a bala, qaçqınlıq vaxtından gəlmişəm.

- Bəs burda harda, kimlə yaşayırsan?

- Oğlumla bu tərəfdə yaşayırıq. Oğlumun ailəsi ilə. Uşaq bağçası olub deyirlər, qaçqın düşəndə gəlib dolmuşuq o zaman. Beş-altı ailə o bağçanın binasına sığınmışıq. Nə yaxşı, sovet hökuməti uşaqlara bağça tikdiribmiş. Kopayoğlunun sovet hökuməti!

- Bəs, bu yaşda niyə alver eləyirsən, dolanışığınmı yoxdu?

- Bə neyləyim, a bala? Ayda 40 manat pensiya alıram.

- Bəs oğlun dolandırmır səni?

- Yox ee, ailədə bir yerdə dolanırıq, ancaq oğlum yaman çox içir. Mən də başımı qatmaq üçün bax, belə xırda-xuruş satıram, neyniyim? Nəvələr üstümə tökülüşür, axşam gedəndə hərəsinə bir şey alıb aparıram.

- Gəlininlə aran nətərdi?

- Gəlin yaxşıdı, adam insafla danışar, yaxşıdı. Bircə oğlum içib evdə kürlük eləyir.

- Bəs həyat yoldaşın dururmu?

- Yox əşi, kişini elə o qaçqınlıq vaxtı erməni öldürdü. O qaçhaqaçda başımızı itirmişdik, heç bilmədim nətəhər dəfn elədik, harda basdırdıq. Kişi yaşasaydı nə vardı ki! Bütün ev-eşik, mal-mülk qaldı erməniyə, a bala! Getdi hər şey! Elə evim vardı, elə inəklərim vardı! Getdi, hamısı getdi!

- Malınız çox idi, yəni?

- Bə nədi? Yaxşı malımız, qoyunumuz vardı. Dörd inəyimiz vardı, qırx qoyunumuz. Gözəl, geniş bağımız vardı ki, gəl görəsən! Hanı indi? Bir dənə dadlı alma tapıb yeyə bilmirəm.

- Bəs ərin nə ilə məşğul idi?

- Ərim traktorist idi, traktorunun arxasında yekə kotanı vardı. Kolxozun yerini şumlayırdı.

- Ürəyini sıxma, hər şey yaxşı olacaq.

- İndən belə mənim nəyim yaxşı olacaq, ay oğul? İnəkləri sağırdım, nehrə çalxayırdım. Biz öydə hökmət yağı işlətməzdik, sapsarı nehrə yağım olardı. Yağım çox olurdu, satırdım da. Danışdırma, ay oğul məni,
danışdıqca yadıma düşür. Yadıma düşür, hər şey yadıma düşür! İndi də küçədə mayka satıram.

            

  Mən nənədən özümə bir alt paltarı alıb ondan uzaqlaşıram.

- Yaxşı, nənə, sağ ol, yaxşı olar!

- Get a bala, uğuruna xeyir!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2188
avatar

Murad Köhnəqala

Oxşar yazılar

Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19
Bakıda BƏDBƏXT HADİSƏ:  Yeniyetmə məşqdə boğulub öldü

Bakıda BƏDBƏXT HADİSƏ: Yeniyetmə məşqdə boğulub öldü

14 dekabr 2024 , 03:10
Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

13 dekabr 2024 , 19:46
11 yaşlı məktəbli qız özünü asdı

11 yaşlı məktəbli qız özünü asdı

13 dekabr 2024 , 19:07
Evdə ana və 3 uşağının  meyiti tapıldı

Evdə ana və 3 uşağının meyiti tapıldı

13 dekabr 2024 , 18:15