Dələduz "məmur" hakim qarşısında:  zərərçəkənin oğlunun TƏLƏBİ
01 may 2026 18:00 (UTC +04:00)

Dələduz "məmur" hakim qarşısında: zərərçəkənin oğlunun TƏLƏBİ

0

Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Rəşad Cəfərov və Alim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən məhkəmə zərərçəkənlərin ifadəsi ilə davam edib.

Zərərçəkənlərdən biri vəfat etdiyindən onun hüquqi nümayəndəsi kimi oğlu C.İ dindirilib. C.İ. təqsirləndirilən Alim Məmmədovu tanımadığını deyib. Lakin Rəşad Cəfərovdan onun ailəsinə vurduğu 9500 manat maddi ziyanın ödənilməsini istəyib.

Daha sonra məhkəmə iş üzrə dindirilən şahidlərin ilkin istaq zamanı verdikləri ifadələri elan edib.

Növbəti proses 15 may saat 15:30-a təyin edilib.

Xatırladaq ki, Rəşad Cəfərov özünü dövlət qurumlarından birinin əməkdaşı kimi qələmə verərək, tanışı Cəfərov Eldar Sevdimalı oğlunun mənzil məsələsi ilə bağlı mülki iş üzrə onun xeyrinə qətnamə çıxartdıracağı vədini verib. Bu məqsədlə onun 9500 manat pul vəsaitini mənimsəyib. Daha sonra o, tanışı Alim Məmmədovla əlbir olaraq, vətəndaş Anar Kərimova özünü yenə vəzifəli şəxs kimi təqdim edib və geniş əlaqələrə malik olmasını deyərək, mülki iş üzrə onun xeyrinə qətnamə çıxartdıracağı vədini verib. Bu üsulla onun 32 000, Yasin Paşayevin 6000, Səməndər Məmmədovun 3000 manatını, Əfsanə Muradovaya hədə-qorxu gəlməklə onun xeyli miqdarda pulunu, tanışı Orucəli Çəmənovun torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə alacağı vədini verərək onun ümumilikdə 71 000 manat pulunu ələ keçirərək dələduzluq edib.

Faktla bağlı cinayət işi başlanılıb, Rəşad Cəfərov Cinayət Məcəlləsinin 178.3.2, 182.2.2 və 182.2.4, Alim Məmmədov Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4 maddələri ilə məsuliyyətə cəlb olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar