Bakıda marketdə  İNSİDENT:  müştəri kassiri döydü
01 may 2026 18:22 (UTC +04:00)

Bakıda marketdə İNSİDENT: müştəri kassiri döydü

1

Bakıda müştəri kassiri döyüb.

Lent.az-ın məlumatına görə, hadisə Nizami rayonu, Məhsəti Gəncəvi küçəsində yerləşən marketdə qeydə alınıb.

İttiham aktına görə, 33 yaşlı Turanə İsayeva (ad və soyad şərtidir) müştəri qismində gəldiyi həmin marketdə kassirlə ərzaqların sellofana yığılması üstündə mübahisə edib. Belə ki, Turanə pulu çantasından çıxardığı üçün vaxt getməsin deyə kassirdən ərzaqların sellofana yığmasını istəyib. Kassir isə bunun əlavə xidmət olduğunu deyib. Daha sonra inzibatçının tələbi ilə kassir ərzaqları sellofana yığıb. Lakin Turanə aldığı ərzaqlardan pendir sellofana qoyulmayıb. Buna görə də tərəflər arasında mübahisə düşüb.

Mübahisə zamanı Turanə kassirin arxasınca mətbəxə gedərək onun saçından tutub və əli ilə qızın başına zərbə vurub. Nəticədə marketin işçisi xəsarət alıb.

Zərərçəkənin şikayəti əsasında Turanə İsayeva saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində zərərçəkənin tələbi ilə ona 400 manat göndərdiyini və onunla barışdığını deyib. Zərərçəkən də həmçinin Turanə İsayevaya qarşı şikayət və tələbinin olmadığını deyərək, onun barəsində yüngül cəza seçilməsini yaxud cinayət təqibinə xitam verilməsini istəyib.

Məhkəmənin hökmü ilə cinayət təqibinə xitam verilib və Turanə İsayeva məsuliyyətdən azad olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 882

Oxşar yazılar