Sumqayıtda dövlət bayrağına hörmətsizlik edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, 27 yaşlı Alim Qasımzadənin psixi sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.

***
11:20
Sumqayıtda bayrağa hörmətsizlik edən şəxslə bağlı araşdırmalara başlanılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, yayılan görüntülərlə bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır. Həmin şəxs barəsində məsuliyyət tədbiri görüləcək.
Görüntülərdən məlum olur ki, naməlum şəxs bayrağa qarşı qeyri-etik hərəkət edir. Bunu görən yoldan keçənlərdən biri həmin şəxsə yaxınlaşaraq irad bildirir. Bundan sonra o, bayrağı öpərək üzrxahlıq edir.