Ağdamda ağır qəza: 2 ölü, 4 yaralı var
01 may 2026 23:39 (UTC +04:00)

Ağdamda ağır qəza: 2 ölü, 4 yaralı var

0

Ağdam rayonunun Xıdırlı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı yeni detallar məlum olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, ölənlərdən biri “VAZ 2107” markalı avtomobilin sürücüsü, Ağdam sakini Cəsarət Hacıyev, digəri isə Kərimov Surxay Şəmil oğludur.

Qəza zamanı avtomobildə olan sərnişinlər 1996-cı il təvəllüdlü Alimə Səxavət qızı Məmmədova, Səfərli Elmir, Səfərli Fuad və Süleymanov Yunis ağır xəsarətlər alıblar. Qeyd edək ki, Səfərli Elmir və Səfərli Fuad azyaşlıdırlar.

İlkin məlumata görə, Alimə Məmmədovanın ayaqları sınıb, uşaqların vəziyyəti isə ağır qiymətləndirilir.

Qeyd edək ki, Alimə Məmmədova Ağdərə rayonunun Vəngli kəndinə köç etmiş sakinlərdəndir.

Hazırda onların müalicəsi müvafiq şöbələrdə davam etdirilir. 3 nəfərin vəziyyəti orta ağır, 1 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 98

Oxşar yazılar