Kim Kardaşyan
01 may 2026 14:18 (UTC +04:00)

Kim Kardaşyan

"Artıq əvvəlki kimi deyiləm" - Kim Kardaşyandan səmimi ETİRAF

0

Amerikalı realiti-şou ulduzu və iş adamı Kim Kardaşyan qatıldığı son proqramda maddi dəyərlərə baxışının illər ərzində necə dəyişdiyini etiraf edərək izləyicilərini təəccübləndirib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, artıq əvvəlki kimi olmadığını və əşyalara bağlılıq hiss etmədiyini deyən Kardaşyan, bu transformasiyanı yaşadığı yanğın təhlükələri ilə əlaqələndirib.

O bildirib ki, evini yanğın riski səbəbindən bir neçə dəfə boşaltmaq məcburiyyətində qaldıqda, hər dəfə özü ilə götürdüyü əşyaların sayı azalıb. İlk vaxtlar bütün ayaqqabı və çanta kolleksiyasını, atasından qalan xatirələri və bahalı dizayn məhsullarını xilas etməyə çalışan ulduz, növbəti dəfələrdə bu vərdişindən uzaqlaşıb. Üçüncü təxliyə zamanı yalnız ailə fotolarını və uşaqlıq adyalını götürdüyünü, dördüncü dəfə isə artıq heç nəyi önəmsəmədiyini qeyd edib.

Kardaşyan son olaraq vurğulayıb ki, bu təcrübələr ona tək ehtiyac duyduğu şeyin yalnız özü və övladları olduğunu öyrədib. Maddi əşyalarla qurduğu bağı tamamilə qoparan ulduz, artıq daxilən tam başqa birinə çevrildiyini bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar