“APA Holdinq” kiberhücumla bağlı açıqlama yaydı
22 yanvar 2013 13:54 (UTC +04:00)

“APA Holdinq” kiberhücumla bağlı açıqlama yaydı

Yanvarın 21-də axşam saat 22:25 radələrindən etibarən “APA Holdinq”ə daxil olan saytlara güclü haker hücumu başlayıb.


 

APA Holdinq”in İnformasiya Texnologiyaları Departamentinin (İTD) verdiyi məlumata görə,  serverlərə ddos xarakterli hücum olunur.

 

Hazırda  “APA Holdinq”in İTD-nin serverlərin yerləşdiyi “Delta Telekom” LTD ilə qarşılıqlı əməkdaşlığı sayəsində saytlara Azərbaycan ərazisindən məhdudiyyətsiz giriş təmin edilib.

 

Lakin “Delta Telekom” LTD hücumun genişmiqyaslı olduğunu nəzərə alaraq, xidməti maksimum səviyyədə filtirləmək məcburiyyətində qaldığını bildirib. Buna görə də hazırda “APAHoldinq”ə daxil olan APA Agentliyinə məxsus www.apa.az saytına xaricdən giriş məhdudlaşdırılıb. Holdinqə daxil olan digər saytlara isə xaricdən də məhdudiyyətsiz giriş təmin edilib.

 

APA Holdinq” baş vermiş problemlə bağlı oxucularından və müştərilərindən üzr istəyir, yaranmış problemin şirkətin məsuliyyəti ilə bağlı olmadığını bildirir. Ümid edirik ki, oxucularımız və müştərilərimiz bu vəziyyəti anlayışla qarşılayacaqlar.

 

APA Holdinq” Azərbaycan internet məkanına edilən davamlı haker hücumlarını pisləyir və müvafiq qurumları bununla bağlı araşdırma aparmağa, problemin əsaslı həlli üçün addımlar atmağa çağırır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1409
avatar

Oxşar yazılar

Ucarda 5 yaşlı uşaq hovuzda boğulub öldü

Ucarda 5 yaşlı uşaq hovuzda boğulub öldü

16 dekabr 2024 , 00:39
SEPAH Təbrizdə güneyli fəalları həbs etdi

SEPAH Təbrizdə güneyli fəalları həbs etdi

16 dekabr 2024 , 00:30
Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü,  yaralılar var

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü, yaralılar var

15 dekabr 2024 , 22:03
Siyəzəndə FACİƏ:  İki oğulu itirən ailənin qızı boğulub öldü

Siyəzəndə FACİƏ: İki oğulu itirən ailənin qızı boğulub öldü

15 dekabr 2024 , 21:55
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53