“APA Holdinq” güclü haker hücumu ilə bağlı növbəti açıqlama yaydı
24 yanvar 2013 13:57 (UTC +04:00)

“APA Holdinq” güclü haker hücumu ilə bağlı növbəti açıqlama yaydı

Yanvarın 21-də axşam saat 22:25 radələrindən etibarən “APA Holdinq”ə daxil olan saytlara güclü haker hücumu başlayıb.


 

APA Holdinq”in İnformasiya Texnologiyaları Departamentinin (İTD) verdiyi məlumata görə, artıq 3 gündür ki, şirkətə məxsus APAagentliyinin www.apa.az saytına ddos xarakterli hücumlar səngimir.

 

APA-nın “Delta Telecom” LTD-də yerləşən serverindən əlavə, şirkət xarici data mərkəzlərdə daha iki server quraraq, www.apa.az saytına məhdudiyyətsiz girişin təmin edilməsi üçün xidmət göstərməyə başlayıb. Lakin həmin serverlər də ddos hücuma məruz qalıb və fəaliyyətlərində problem yaranıb.  Sayta edilən hücumlar genişmiqyaslıdır.

 

Yaranmış problemə görə, istifadəçilər bəzi hallarda sayta bir neçə cəhddən sonra daxil ola bilirlər.

 

Hazırda hücumlar davam etsə də, şirkətin İnformasiya Texnologiyaları Departamenti “Delta Telekom”la qarşılıqlı əməkdaşlıq nəticəsində sayta girişi təmin etməyə çalışır.

 

APA Holding” hücumlarla bağlı araşdırmalarını davam etdirir.

 

Şirkət baş vermiş problemlə bağlı oxucularından və müştərilərindən bir daha üzr istəyir. Ümid edirik ki, oxucularımız və müştərilərimiz bu vəziyyəti anlayışla qarşılayacaqlar.

 

APA Holdinq” Azərbaycan internet məkanına edilən davamlı haker hücumlarını pisləyir və müvafiq qurumları bununla bağlı araşdırma aparmağa, problemin əsaslı həlli üçün addımlar atmağa çağırır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1003
avatar

Oxşar yazılar