“Anamı və qardaşımı öldürəndən sonra evdən qaçdım” - MƏHKƏMƏ
30 sentyabr 2013 18:35 (UTC +04:00)

“Anamı və qardaşımı öldürəndən sonra evdən qaçdım” - MƏHKƏMƏ

...Həmin gün Oleq evə gəlib anasından və qardaşından araq almaq üçün pul istəsə də onlar pul olmadığını deyirlər və onu evdən qovmaq istəyirlər. Bu da sonda bir ailənin dəhşətli facisənə səbəb olur...

 

Qanlı hadisə bu il fevral ayının 13-də baş verib. Həmin gün axşam Oleq Abişev  Pirallahı qəsəbəsində yerləşən evlərinə gəlir. Mənzilin yataq otağında çarpayıda uzanmış anası Lidiyadan və otaqda olan qardaşı Yuriydən spirtli içki almaq üçün pul istəyir. Lakin onlar pul verməkdən imtina edərək evdən çıxıb getməsini tələb edirlər. Sonra qardaşı Yuriy dəhlizə keçir. O da qardaşı Yuriynin arxasınca dəhlizə keçərək yenidən  pul istəyir. Lakin Yuriy yenə də pul verməkdən imtina edir. Bu zaman onların arasında dava düşür. Oleq  yataq otağında olan anasının yalvarışlarına baxmayaraq qardaşını döyərək öldürür. Daha sonra çarpayının üzərində uzanmış, yaşlı və xəstə anası Lidiyanı döyərək öldürür və pul tapmaq məqsədilə evdə axtarış aparır. Qonaq otağında dolabın siyirməsindən 9 manat pul, mənzildə olan və ümumi dəyəri 2 manat, 50 qəpik təşkil edən  1 ədəd üzqırxan, 1 ədəd böyüdücü şüşə, 2 ədəd cib bıçağı, 1 ədəd kitab, 1 ədəd qadın dırnaq lakı və 1 ədəd dəftəri özü ilə götürərək quldurluq edir. Mənzilin dəhlizində olan qardaşı Yuriyin meyitini yataq otağına aparıb anası Lidiyanın meyiti olduğu çarpayının üstünə uzadaraq hadisə yerindən qaçır.

 

 

Mənzildən ana və oğulun meyiti tapılır

 

Bu hadisənin üstündən bir aya yaxın vaxt keçdikdən sonra qonşuluqda yaşayan Kifayət Abbasova tərəfindən Lidiya və Yuriyin meyiti məznildə aşkar olunur və polisə xəbər verilir. Belə ki, ilkin istintaq zamanı ifadə verən Kifayət Abbasova bildirib ki, Oleq, Yuriy və Lidiyanın qonşusu olub: “Oleqin qardaşı və anası ilə münasibətləri pis olub, tez-tez onların dava – dalaş səslərini eşidirdik. Oleq dəfələrlə anasını döyüb. Martın 12-də Lidiyanın evindən pis iy gəldiyini hiss etdim. Lidiyanın qoca xəstə olduğunu, Yuriyinin isə vərəm xəstəliyindən əziyyət çəkdiyi üçün onlarla hər hansı bir hadisənin baş verdiyindən narahat oldum. Mənzilinin qapısını bir neçə dəfə döydüm. Lakin qapını açan olmadı. Bundan sonra qapını daha da bərk vuranda qapı açıldı. Həmin iy daha da kəskin hiss olundu. Onların adlarını hündür səslə çağırdım. Lakin çağırışlara cavab verən olmadı. İçəri daxil olanda hər ikisinin meyitini gördüm və pollisə xəbər verdim” .

 

Bundan sonra hadisə yerinə hüquq-mühafizə xidmətinin əöməkdşaları gəlirlər. Araşdırma zamanı Oleq şübhəli şəxs qismində istintaqa cəlb edilir.

 

“Anamı və qardaşımı döyərək öldürdüm”

 

İstintaq zamanı Oleq ifadə verərək, özünü təqsirli bildiyini, anasını və qardaşını öldürdüyün etiraf edir: “1984-cü ildən 1991-ci ilə qədər Rusiya Federasiyasında yaşamışam. Nataşa adlı qadınla evli olmuşam. Həmin nikahdan iki qız övladımız olub. Lakin 1987-ci ildə boşanmışam. Qızlarım hazırda Russiya Federasiyyasının Moskva şəhərində yaşayırlar, onlarla hər hansı bir əlaqəm yoxdur. 1991-ci ildə Bakı şəhərinə köçəndən sonra Pirallahi qəsəbəsi, 29-cu məhəllə, ev 15, mənzil 60 ünvanında qardaşım Yuriy, anam Lidiya və atam Surxayla birlikdə yaşamışam. 2008-ci ildə atam Surxay öləndən sonra qardaşım və anam ilə münasibətim pisləşib. Aramızda ədavət olub. Belə ki, anam Lidiya Yuriyi məndən çox istəyib. Mən həmişə alkoqollu içkilər qəbul etmişəm. Buna görə də anam və qardaşım məni tənqid ediblər. Bir neçə dəfə məni Məştağa qəsəbəsində yerləşən psixiatrik xəstəxanaya yerləşdirərək həmişəlik orada saxlamaq özlərindən uzaqlaşdırmaq istəyiblər. Ona görə də mən həmin mənzildə yaşamamışam. “Albalılıq” yaşayış sahəsində yerləşən ayrı-ayrı şəxslərə məxsus həyət evlərində fəhlə işləyərək həmin evlərdə və küçədə yaşamışam. Lakin mütəmadi olaraq Pirallahi qəsəbəsinə anamın və qardaşımın yanına gedib spirtli içki almaq üçün pul istəmişəm. Onlar da hər dəfə ora gedəndə mənə pul verməkdən imtina edib, mübahisə edərək evdən qovublar. Həmin gün də evə  getdim. Evdə anamın xəstə olduğu üçün yataq otağında taxta çarpayıda uzandığını gördüm. Həmin otağa keçərək anamdan pul istədim. Bu zaman anam pul verməkdən imtina etdi, söyüb və evdən getməyimi istədi. Buna görə də həmin vaxt otaqda olan qardaşımdan pul istədim. Lakin o da pul verməkdən imtina elədi. Bu zaman qardaşımla aramızda  dava düşdü. Nəticədə qardaşımı döyərək öldürdüm. Həmin vaxt anam mənə yalvararaq qardaşımı döyməməyi xahiş edirdi. Lakin mən anama fikir verməyərək qardaşımı öldürdüm. Daha sonra isə anamı döyərək öldürdüm. Sonra pul tapmaq məqsədilə evdə axtarış apardım. Qonaq otağında dolabın siyirməsindən 9 manat pul, mənzildə olan üzqırxan, böyüdücü şüşə, 2 ədəd cib bıçağı, 1 ədəd kitab, 1 ədəd qadın dırnaq lakı və 1 ədəd dəftəri özüm  ilə götürdüm. Mənzildən çıxarkən dəhlizdə olan qardaşım Yuriyin meyitini yataq otağına aparıb anam Lidiyanın meyiti olduğu çarpayının üstünə uzadaraq hadisə yerindən qaçdım”.

 

 

Sakit! Məhkəmə gedir!

 

Cinayət işinin ibtidai istintaqı yekunlaşdıqdan sonra iş baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda məhkəmədə cinayət işi üzrə proses davam etdirilir. Məhkəmədə ifadə verən O. Abişev isə ibtidai istintaq zamanı verdiyi ifadəni dəyişdiriərək, anasını və qardaşını öldürmədiyini, ümumiyyətlə onların ölümündən xəbəri olmadığını deyib.

 

Qeyd: Yazı cinayət işinin ittiham aktı əsasında hazırlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2435
avatar

Şəhriyar Əlizadə

Oxşar yazılar

SEPAH Təbrizdə güneyli fəalları həbs etdi

SEPAH Təbrizdə güneyli fəalları həbs etdi

16 dekabr 2024 , 00:30
Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü,  yaralılar var

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü, yaralılar var

15 dekabr 2024 , 22:03
Siyəzəndə FACİƏ:  İki oğulu itirən ailənin qızı boğulub öldü

Siyəzəndə FACİƏ: İki oğulu itirən ailənin qızı boğulub öldü

15 dekabr 2024 , 21:55
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06